Dünya

Monqolustan Prezidenti istefa verdi

Monqolustan Prezidenti istefa verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monqolustanın Prezidenti Uхnaaqin Xürelsüx istefa verdiyini açıqlayıb.

7Times.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Bildirilib ki, prezident müxalifət partiyasının onu dövlətin dəmir yolu layihəsindən maliyyə qazancı əldə etməkdə ittiham etməsindən sonra belə qərar verib.

Xürelsüx istintaqla əməkdaşlıq edəcəyini də bildirib.

Qeyd edək ki, Xürelsüx 2021-ci ildə Monqolustan Xalq Partiyasının parlamentdə çoxluq qazandığı seçkilərdən sonra prezident vəzifəsinə gəlib. Baş nazir də həmin partiyanın üzvüdür.

Son illərdə partiya daxilində fikir ayrılıqları artıb. Ölkədə cəmi doqquz ay ərzində üç baş nazir dəyişib.