Dünya

Kim Çen İn yenə müharibə ilə hədələdi

Kim Çen İn yenə müharibə ilə hədələdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen İn ölkəsinin nüvə statusunun mübahisələndirilməsini müharibə elanı kimi qiymətləndirəcəklərini bildirib.

7Times.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Kim Çen İn nüvə silahını üstünlük vasitəsi hesab edən qüvvələr mövcud olduğu müddətdə Şimali Koreyanın Konstitusiyada təsbit edilmiş nüvə statusundan imtina etməyəcəyini vurğulayıb.

O, bu statusun inkar edilməsini və ya mübahisələndirilməsini ölkənin daxili işlərinə müdaxilə və suverenliyinin pozulması adlandırıb.