Ölkə

​Subordinasiya qaydalarına riayət etdi, işini itirdi – Quba səhiyyəsində nələr baş verir?

​Subordinasiya qaydalarına riayət etdi, işini itirdi – Quba səhiyyəsində nələr baş verir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan səhiyyəsi daha bir təcrübəli həkimini itirdi. Quba MRX-nın Acil şöbəsinin müdiri Aynurə Əzizbəyova birbaşa olaraq səhiyyə naziri Anar Bayramlının tapşırığı əsasında rəhbərlik tərəfindən uzun sürən basqılardan və təzyiqlərdən sonra vəzifədən azad edildi.

O, 2 gün öncə öz ərizəsi ilə tutduğu vəzifədən ayrıldı.

Son dönəmlər Azərbaycan səhiyyəsinin ənənəsinə və üslubiyyətinə çevrilən bu mənzərə artıq Quba xəstəxanasında da adi hal alıb.

2010-cu ildən Quba MRX-da çalışan Aynurə Əzizbəyova 2022-ci ildən bəri tibb müəssisəsinin acil şöbəsinin müdiri vəzifəsində xidmət edib.

COVID-19 ilə mübarizədə ön sıralarda yer alan aparıcı həkimlərdən biri olan Aynurə Əzizbəyova rəhbərlik etdiyi acil şöbəsinin fəaliyyətində də xüsusi bir səhman yaratmışdı. Və hətta xəstəxananın bu şöbəsi problem və vətəndaş narazılıqlarının ən az rast gəlinən şöbəsi olmuşdu desək, yanılmarıq. Onun işdən azad edilməsinin isə işlə heç bir əlaqəsi yoxdur. Yəni bu qərarın arxasında nə bir nöksan, nə də bir qüsur var. Bu qərarın arxasında səhiyyə naziri cənab Anar Bayramlı və onun laldınməz xəstəxana direktoru Azər Zeynalov var. Uzun illər Quba səhiyyəsinə vicdanla xidmət edən bu xanımın aqibəti, səhiyyə nazirinin Quba MRX-ni ziyarət etdiyi 5 dəqiqəlik tanışlıq gəzintisi zamanı abrına-ismətinə qısılıb subordinasiya qaydalarına həssaslıqla riayət etdiyi üçün işdən azad edilməsi ilə nəticələndi. Nazir tibb müəssisəsi ilə tanış olan zaman acil şöbəsi ilə əlaqədar bir neçə sual verir.

Subordinasiya qaydalarına əsasən, o, xəstəxana direktorunun nazirə cavab verməsi üçün susur. Direktor da susur. Çünki o sualların cavabı hələ yoxdur.

Əvvəlki direktorun hansı nöksanlar və yayılan dəhşətli korrupsiya və mənimsəmə iddiaları ilə işdən azad edildiyi faktı və hələ də işıq üzünə və qanun qarşısına çıxmayan bu faktların xəstəxanada qalan nəticələri barədə kim nə cavab versin, kim nə danışsın, cənab nazir? Bu susqunluqdan sonra nazir Anar Bayramlı direktor Azər Zeynalova “şöbə müdirini dəyiş” komandası verir. Və bundan sonra başlanılır təzyiqlərə və basqılara. Bu barədə çox yaxşı olardı ki, adı çəkilən Aynurə Əzizbəyova özü açıqlama versin.

Amma o, bu suallara cavab verməkdən imtina etdi. Yenə də Azərbaycan səhiyyəsinin şanı və öz həyasının-ismətinin xatirinə susmağı seçdi. Soyub-talayanların cəzaları susub cəfakeşlik edənlərə kəsilir sanki.

​Qeyd edək ki, nazirin Qubaya səfərindən sonra xəstəxananın 10-a yaxın əməkdaşı müxtəlif səbəblərə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilib.

Onların hamısı məhkəmə orqanlarına müraciət edib.