Siyasət

Ermənistanın kəşfiyyat şefinin gizli Bakı səfəri: “Anlaşma rəsmiləşdirilir” – ŞOK İDDİA

Ermənistanın kəşfiyyat şefinin gizli Bakı səfəri: “Anlaşma rəsmiləşdirilir” – ŞOK İDDİAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvadakı görüşdən sonra Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Bakıya göndəriləcək.

7times.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

O, Abazyanın Azərbaycanın paytaxtına səfərinin məxfi şəraitdə baş tutacağını söyləyib.

Minasyan Abazyanın bir neçə gün əvvəl Moskvada azərbaycanlı və rusiyalı həmkarları ilə görüşdüyünü bildirib.

Sabiq diplomat səfərin Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də ehtimal olunan görüşündən əvvəl olacağını istisna etməyib:

“Moskvadakı görüşdən sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Paşinyan və Əliyev arasında yanvarın 11-də keçiriləcək görüş ərəfəsində ən sərt məxfilik şəraitində Bakıya göndərilir. Qarşısında (Abazyanın) duran vəzifə şifahi razılaşmalar əsasında onsuz da edilmiş anlaşmaları rəsmiləşdirmək və yazılı şəkildə qeyd etmək, həmçinin öhdəlik götürməkdir”.  /Teleqraf.