Yazarlar

“Kəramət, narahat olma, boş ver, sən neyləmisən ki?”

“Kəramət, narahat olma, boş ver, sən neyləmisən ki?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elə adamlar var, onlar məni tərifləyəndə narahat oluram ki, görəsən, məndə nə problem var? Bir problem yoxdursa, əxlaqım təmizdirsə, bəs bu adam məni niyə tərifləyir? Bəlkə, mən də onun kimi ikiüzlüyəm, bəlkə mən də onun kimi saxtakaram, ona görə məni tərifləyir. Polisdən buraxılandan sonra feysbukda mənim haqqımda yazılanları oxudum, yaxşı yazanlara da, pis yazanlara da bir daha təşəkkürümü bildirirəm. Amma bir şeyə çox sevindim ki, Aslan İsmayılov məni tərifləməyib. Haqqımda ard-arda 4-5 status yazıb, hamısında məni pis təqdim edib. Və fikirləşdim ki, Aslan məni pisləyirsə, demək, məndə bir işıq var. Demək, nəyisə düz danışmışam ki, məni pisləyib.

İçkili bir vəziyyətdə canlı yayım açıb qeyri-etik ifadələrlə etdiyim çıxışa görə düzü, utanırdım, özümə yaraşdırmadım. Depressiyaya düşmüşdüm ki, camaatdan ayıbdır. Amma Aslanın ayıq başla hər gün canlı yayım açıb özünü necə biabır etməsini, rəylərdə ona yazılan söyüşləri, təhqirləri görməzdən gələrək, yenə də sifarişli və iliksiz çıxışlarını davam etdirməsi mənə elə bir təskinlik verdi ki, qısa bir müddətdə depressiyadan çıxdım və özüm özümə dedim ki, Kəramət, narahat olma, boş ver, sən neyləmisən ki? İçib dərdini danışmısan da. Özü də elə bir dərd ki, o təkcə sənin yox, hamının dərdidir. Aslanınsa nə danışdığını və necə danışdığını hamı yaxşı bilir. Aslan utanmırsa, sən niyə utanırsan?

Aslan kimi adamlar namaz qılsa, mən ateist olaram, ateist olsa, mən tez namaza keçərəm ki, onunla eyni dini dünyagörüşdə olmayım. Aslan kimi adamlar həqiqətən kişi olsa, mən səmimi qəlbdən arvad olaram, arvad olsa, mən tez kişi olaram ki, onunla eyni cinsə mənsub olmayım. Aslan kimi adamlar nə vaxt düz söz desə, mən tez camaata yalan danışaram ki, ikimiz də həqiqət olmayaq. Aslan kimi adamlar iqtidar olsa, mən müxalifətçi olaram, o müxalifətçi olsa, mən tez iqtidar tərəfə keçərəm ki, onunla eyni siyasi düşərgədə olmayaq.

Aslan öz yazısında vaxtilə Xəlil Rza Ulutürk haqqında tənqidimi xatırladır ki, camaat məni söysün. Söyülməkdə hamını özünə tay görmək istəyir. Adamlarsa yenə rəylərdə ona ağzına gələni yazır. Sən axı Xəlil Rza qədri bilən adam deyilsən, Aslan, onu necə müdafiə edə bilərsən? Bax gör bu cəmiyyətdə Xəlil Rzaya sən daha çox oxşayırsan, yoxsa mən? Axı Xəlil Rza sənin kimi oyunçu, yalançı, saxtakar deyildi. Axı Xəlil Rza öz səhvləri və düzləri ilə səmimi bir xalq adamı idi. Sən isə üzü üzlər görmüş, çörəyi yalan danışmaqdan çıxan, camaatı aldadan bir nəsənsə, heç özün də bilmirsən.

Təmənnalı çıxışlarına görə o qədər söyülmüsən, o qədər təhqir olmusan, o qədər ələ salınmısan ki, oğlun yaşda gənc bir yazara cəmiyyətdə olan rəğbəti belə qəbul edə bilmir, qısqanclıqla qarşılayırsan, deyirsən ki, camaat Kəramət kimi alkaşı niyə qəhrəmana çevirir? Əvvəla, mənim qəhrəman olmaq kimi bir istəyim yoxdur. İkincisi, guya sən bilmirsən ki, camaat məni niyə qəhrəman görmək istəyir? Əla bilirsən. Çünki adamlar həqiqətə o qədər acdır, adamlar həqiqətə o qədər möhtacdır ki, onlar içlərindəki sözü hətta sərxoş bir adamın dilindən eşidəndə belə onu müdafiə edir, onu qəhrəmana çevirir. Qurban bayramı günü adamlar bir tikə ətin üstünə necə daraşmışdı, yadındadır? Bax adamlar həqiqətə, düz sözə, haqqa, ədalətə də o cür acdır, Aslan. Sənin danışdığın həqiqətlərsə, Leş Tofiqin əti kimi bir şeydir, saxtadır. Həqiqət deyil, zahirən həqiqətə oxşayır və ona görə də səni heç kim ciddiyə almır və saymır. Bu əxlaqla sayılmadığını görüb qısa müddətdən sonra heç sahiblərinə də lazım olmayacaqsan, əmin ol. Eman Nəsirovun biri Elman Nəsirov!

Kəramət Böyükçöl

Yazıçı