Moskva görüşündən sonra Paşinyan yaxın ətrafında əsirlər məsələsində uğursuzluğa düçar olduğunu etiraf edib.
7times.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.
Paşinyan bu məsələdə uğur əldə edəcəyi təqdirdə müxalifətə ağır zərbə vura biləcəyini deyib.
Moskvada kommunikasiyalarla bağlı imzalanan sənədi “parlaq qələbə” adlandıran Paşinyan, həmçinin İlham Əliyevin kommunikasiyaların açılmasına razılaşmaqla onu nəyə çəkdiyini başa düşmədiyini bildirib:
“Paşinyan deyib ki, kommunikasiyaların açılması tamamilə bizim xeyrimizədir. Əksəriyyət isə hesab edir ki, bu ya növbəti manipulyasiyadır, ya da Paşinyan 11 yanvar sənədini “tam qələbə” sayacaq qədər adekvatlığını itirib”, – qəzetin mənbəsi bildirib.axar.az
Follow @7timesaz