Siyasət

Britaniya səfiri Cəbrayıldan paylaşım etdi

Britaniya səfiri Cəbrayıldan paylaşım etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın ölkəmizdəki diplomatik missiyasının başçısı Cəbrayıla səfər haqqında paylaşım edib.

7times.az xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp “Twitter” səhifəsində Qarabağın işğaldan azad olunmuş bölgələrinə səyahətlə bağlı paylaşım edib.

“Bu gün işğaldan azad olunmuş ərazilərdayam. Bu Cəbrayıldır”, – deyə paylaşımda ifadə olunub. Həmçinin Cəbrayıl şəhərindən foto da paylaşıma əlavə olunub.

Qeyd edək ki, bu gün Azərbaycanda olan diplomatik korpus nümayəndələri Hikmət Hacıyevin müşayiəti ilə Cəbrayıl və Zəngilana səfər ediblər.