Türkiyə müdafiə naziri Hulusi Akar və Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyənin Qars bölgəsində keçirilən “Qış-2021” Türkiyə-Azərbaycan Birgə Müştərək Tabor Xidmət Gücü Təlimlərini izləyib.
7times.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin rəsmi səhifəsində təlimlərdən son fotogörüntülər yerləşdirilib.
Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə təlimlərini izləyəndən sonra ərazidəki səhra çörəkxanasına baş çəkiblər.
Türkiyəli nazir çörəklərdən birini götürərək onu həmkarı Z.Həsənovla bölüşüb.
Bundan başqa, nazirlər əsas müşahidə məntəqəsində təlimlərlə bağlı məlumat alıblar. Daha sonra hər iki nazir qış mövsümündə ordunun təchizatı ilə məşğul olan heyətin hərbi andını dinləyiblər. Hərbi marş bitdikdən sonra H.Akar və Z.Həsənov birlikdə “Allah türk ordusunu qorusun!” deyiblər.
Follow @7timesaz