Siyasət

“Rədd olub gedəcəklər!“ – Aqil Abbas

“Rədd olub gedəcəklər!“ – Aqil Abbasbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində məğlubiyyəti ən ağır şəkildə dadan ermənilərin taxribat xarakterli addımlarının ardı-arası kəsilmir. Onlar indi də Xocalıda 2 min nəfər üçün “Yeni Daşaltı” adlı kənd salmağa cəhd edirlər. Düşmən bununla paralel olaraq hazırda Azərbaycan Ordusunun nəzarətində olmayan Qarabağın digər bölgələrində də tikinti-inşaat işləri aparır. Ermənilər bununla Xocalıya, Xankəndinə, o cümlədən Qarabağın hazırda ermənilər yaşayan ərazilərinə azərbaycanlılar heç vaxt köçməyəcəyi rəyini yaratmağa çalışır.

Maraqlıdır, doğrudanmı azərbaycanlılar Xocalıya və Xankəndinə köçməyəcək?

7times.az xəbər verir ki, məsələni Yenisabah.az-a şərh edən Milli Məclis deputatı Aqil Abbas bildirib ki, azəraycanlılar öz torpaqlarına qayıdacaq və ermənilər də həmin ərazilərdə yalnız azərbaycan vətəndaşı olaraq yaşayacaq:

“Niyə köçmürük? Əlbəttə, Xocalıya da, Xankəndinə də köçəcəyik. Ermənilər də adam kimi yaşamaq istəsələr, yaşayacaqlar. İstəməsələr, çıxıb Ermənistana gedəcəklər. Onlar sadəcə “fors” edirlər ki, Daşaltı kəndi salırıq. Biz də Xocalını təzədən tikəcəyik. Əgər erməni  orada bizim vətəndaş kimi yaşaya bilməsə, rədd olub gedəcəklər. Burada ayrı söhbət ola bilməz. Biz qayıtmalıyıq. Sadəcə zaman lazımdır, yavaş-yavaş hər şey yoluna qoyulur. Yollar çəkilir, xüsusi nümayəndəliklər təyin olunur və s.”.

Millət vəkili Xocalıdakı taxta evlərin işğal dövründə tikildiyini vurğulayıb:

“30 ildi ki, oralarda yaşayırdılar, evləri onda tikiblər. Biz Ağdamda, Füzulidə qəsəbə tikmişik. Onlar da 30 ildə Ermənistandan və digər yerlərdən gətirdikləri ilə özlərinə yaşamaq üçün ev tikiblər. İndi gedən gedəcək, qalan da qalacaq. Biz də gedib torpağımızda öz evimizi tikəcəyik”.