DGK sədri Səfər Mehdiyev xaricdən gətirilən bağlamaların gecikməsi məsələsinə münasibət bildirib.
7times.az xəbər verir ki, sədr bu barədə keçirdiyi mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, daşıyıcı şirkətlərin dövriyyəsi o qədər artıb ki, onlar vaxtında malları çeşidləyə bilmir: “Əgər gecikmə gömrüklə bağlı olsa, siz bunu bəyannamədə görəcəksiniz. Yoxdusa problem şirkətlərin həcmi gözləməməsi ilə bağlıdır. Bu məsələlərin 80-85 faizi bizlə bağlı deyil. Şirkət çeşidləyə bilmir. Onlar bunu xaricdəki anbarlarında çeşidləyib göndərməlidir”.
Follow @7timesaz