İqtisadiyyat

Ağdamın 8 kəndində elektrik enerjisi təsərrüfatı yenilənir – VİDEO

Ağdamın 8 kəndində elektrik enerjisi təsərrüfatı yenilənir – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərişıq Qarabağda” layihəsi çərçivəsində Ağdam rayonun Əfətli kənd ərazi nümayəndəliyinə daxil olan 8 kənddə yenidənqurma işlərinə start verilib.

“Azərişıq” ASC-dən 7times.az-a verilən məlumata görə, müharibənin gedişində bu kəndlər erməni atəşinə məruz qalan zaman elektrik enerji təsərrüfatına ciddi ziyan dəymişdi. Ermənilərin atdığı çoxsaylı mərmilər bir çox yerdə xətt və dayaqları yararsız hala salmışdı.

İlkin mərhələdə 3 kənddə elektrik xətləri, dayaqlar, transformator məntəqələri və sayğaclar tamamilə yenilənir. Əraziyə kifayət qədər mal material göndərilib.

1 200-dək abonentin yaşadığı Hacıməmmədli, Məmmədbağırlı və Əfətli kəndində işlərin yekunlaşması bir aya nəzərdə tutulub. Kəndlər yeni tikilmiş 35/10 kv-luq Əfətli y/st-dan qidalanır.

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanına uyğun olaraq işğaldan azad olunan Şuşa, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilan, Ağdam rayonu ərazilərində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təmin edilib. Suqovuşan qəsəbəsinə isə Tərtərdən yeni 35 kV-luq xəttin çəkiliş işləri davam edir.