Ermənistan tərəfindən Azərbaycanın azad edilmiş torpaqlarına kütləvi şəkildə yerləşdirilən minalar mülki insanları öldürür, şikəst edir və iqtisadiyyata, ətraf mühitə zərər verir.
7times.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında paylaşıb.
O bildirib ki, Ermənistan minalanmış ərazilərin dəqiq xəritələrini verməkdən imtina edir:
“Ermənistanın məsuliyyətsiz davranışı ciddi şəkildə pislənilməlidir”.
Follow @7timesaz