Siyasət

“Ermənistanda mərkəzi hakimiyyət orduya nəzarət edə bilmir” – Deputat

“Ermənistanda mərkəzi hakimiyyət orduya nəzarət edə bilmir” – Deputatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda “Müdafiə haqqında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur. Çünki işğalçı ölkədə orduya cəlb etmək üçün insan resursları baxımından problemlər mövcuddur. Eyni zamanda artıq erməni ailələri Azərbaycanın işğal edilmiş ərazilərində övladlarının xidmətə getməsinə razı deyillər. Bununla bağlı dəfələrlə Ermənistanda etrazlar keçirilib. Valideynlər övladlarının yad torpaqlarda ölməsinə və xidmət keçməsinə görə indiki hakimiyyəti ittiham edirlər.

7times.az xəbər verir ki, bunu Milli Məclsin deputatı Cavid Osmanov bildirib.

O qeyd edib ki, artıq işğalçı Ermənistanda demoqrafik problem yaşanır. Deputat vurğulayıb ki, işğalçı ölkədə ön cəbhəyə çıxartmağa insan resursu yoxdur: “Eyni zamanda düşmən ölkədə hakimiyyətdaxili münaqişələr yaşanır. Ordu, məhkəmə, parlament demək olar, ayrı-ayrı şəxslərin maraqlarına xidmət edir. Belə olduğu halda real hakimiyyətini təmin etmək üçün Paşinyanın yeganə çıxış yolu özünə sadiq qüvvə formalaşdırmaqdır.

Bu məqsədlə o, terrorçu kimi beynəlxalq status qazanmış qüvvələrdən yararlanmağa çalışır. Muzdlu döyüşçü dəstələri yaratmaqla özünə qarşı olanları zərərsizləşdirməklə yanaşı, işğaldakı ərazilərin də təhlükəsizliyini təmin etməyi planlaşdırır. Çünki hazırda işğalçı Ermənistanda mərkəzi hakimiyyət orduya nəzarət edə bilmir, ona görə də orduya etibar etmir”.

Cavid Osmanov bildirb ki, işğalçı ölkənin rəhbəri daxili siyasətdə güc faktorundan daha fəal istifadə etməyə cəhd göstərir: “Həmçinin Ermənistanda yaradılan dəstələrə xaricdən muzdluların cəlb olunacağına əminlik var. Digər tərəfdən real mənzərə ondan ibarətdir ki, işğalçı Ermənistan ordusu zəifdir və müdafiə qabiliyyətini itirib. Ona görə də, könüllülərin imkanlarından istifadə məsələsi gündəliyə çıxarılır”.Teleqraf.com