Fransanın məşhur “Le Monde” qəzetində Ermənistanda 2018-ci ilin “məxmər inqilab”ından sonra hakimiyyətə gəlmiş mövcud hakimiyyətə münasibət, habelə digər mövzuda geniş məqalə dərc edilib.
7times.az “Report”a istinadən həmin məqaləni ixtisarla təqdim edir.
Yazının müəllifi ilk öncə Ermənistanda yaranmış vəziyyətə və baş nazir Nikol Paşinyanın uğursuzluğuna toxunaraq qeyd edib ki, hakimiyyət hazırda xalq tərəfindən daha çox tənqidə məruz qalır: “Əhalinin əksəriyyəti Paşinyanı Dağlıq Qarabağda müharibə zamanı, ölkənin Azərbaycan qarşısında diz çökdüyü zaman tutduğu mövqedə günahlandırır. Sadəcə, insanların necə qaş-qabaq tökdüklərini görmələri üçün onun adını çəkməlisən”.
“Ah, bircə Nikol Paşinyanın adını çəkməyin, xahiş edirəm, sadəcə əsəbləşirəm”, – onun keçmiş tərəfdarlarından biri deyib. “Mən praktik olaraq bir çevriliş istərdim ki, o getsin”, – deyə başqa erməni etiraf edib. Nəşrin müəllifinin həmsöhbət olduğu digər erməni “O, bizi çox məyus etdi”, – deyə şikayətlənib.
Nəşr vurğulayıb ki, keçmiş həmkarlarının və ya tərəfdarlarının Paşinyan haqqında məsələyə reaksiyası tez-tez eynidir. “Nə vaxt ki, uğursuzluqların siyahısını təşkil etməyə başlayırsan, sadəcə bilmirsən ki, o harada qurtaracaq”, – şikayətlərini sadalayan müsahiblərdən biri “Le Monde”yə deyib.
Əhali müharibədə 3 500 əsgərin ölümünü, habelə digər uğursuzluqları ona bağışlamır. Qeyd edilir ki, müharibədən 4 ay sonra da onlarla ailə hərbi əməliyyatlarda itkin düşmüş yaxınları haqqında xəbərlər gözləyirlər, eyni zamanda iqtisadi böhran ölkəyə zərbə endirir. Təəccüblənmiş, coşmuş üç milyon erməni bu vəziyyətə necə düşdüklərini anlamağa çalışırlar: “Ermənistan vətəndaşları müharibə zamanı qısa müddətdə başa düşüblər ki, onun “qələbə” çıxışlarının real döyüş əməliyyatları ilə heç bir əlaqəsi yoxdur.
Və o vaxtdan eyni şüar təkrarlanır: “Nikol satqındır və getməlidir”. Bildirilir ki, prezident, kilsə, müxalifət sonra isə hərbçilər onu istefaya getməyə, növbədənkənar seçkilər keçirməyə çağırdılar.
Bununla belə, Paşinyan deyək ki, azaldılmış, amma real, təxminən 20% əhalinin – öz tərəfdarlarının dəstəyini gözləyir, qarşıdan iyunun 20-ə planlaşdırılmış növbədənkənar seçkilər gəlir”.
“Dağlıq Qarabağda məğlubiyyətdən üç ay sonra, fevralın 25-də hərbçilər onun istefasını tələb etdikdə baş nazir üstünlük verdiyi və yaxşı bildiyi rəqiblərinə küçə hakimiyyəti tərəfindən cavab zərbəsi verdi.
“Çevriliş cəhdi”ni pisləyən Paşinyan tərəfdarlarını onunla küçəyə çıxmağa çağırdı. Ətrafı onu inandırmağa çalışır, amma hər şey əbəs idi”, – nəşr qeyd edib.
“Mən şəxsi iradəmlə baş nazir olmadım, xalq belə qərar verdi”, – o paytaxtda toplaşmış 20 000 insan qarşısında qışqırdı və əlavə etdi: “Qoy xalq mənim istefamı tələb etsin və ya məni güllələsin”.
Bu strategiya həyata keçib: Nikol Paşinyan beynəlxalq diqqəti cəlb etdi və öz davamçılarını səfərbər edərək oyunun mərkəzində oldu.
“O, ölkəyə qəzetə rəhbərlik etdiyi kimi başçılıq edir”, – Paşinyanın tənqidçilərinin fikrincə, bu epizod onun üçün olduqca tipikdir.
“Paşinyan insanlardan ən pisini çıxarır, o, nifrət və vətəndaş müharibəsi atmosferini yaratdı”, – siyasətçi Aşot Manuçaryan hiddətlə deyib.
Keçmiş siyasi fəal Paşinyanın hakimiyyəti ələ almasına kömək məsələsində özünü bağışlaya bilmir.
“Bu mənim xaçımdır. Mən onun bütün həyatı boyu gəzdirəcəm”, – siyasətçi əlavə edib.
Baş nazirin keçmiş dostu Qeqam Nazaryan da özünü eyni cür günahlandırır. “Bu hiss məni təqib edir”, – o vurğulayıb.
Follow @7timesaz