Dünya

“İranla müharibə qəhrəmanıyam, ancaq heç kim buna inanmır” – Tramp

“İranla müharibə qəhrəmanıyam, ancaq heç kim buna inanmır” – Trampbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən də müharibə qəhrəmanıyam. İranın nüvə obyektlərini bombalamaq üçün qırıcılar göndərmişdim, amma bunu heç kim etiraf etmir”.

Bunu ABŞ Prezidenti Donald Tramp amerikalı jurnalist Mark Levinlə müsahibəsində deyib.

O, İranla bağlı öncəki dövrdə atdığı addımları xatırladıb və özünü “İranla müharibə qəhrəmanı” adlandırıb.

Tramp bildirib ki, prezidentliyi dövründə İranın nüvə silahı əldə etməsinin qarşısını alıb: “İran cəmi 4 həftəyə nüvə silahı hazırlaya bilərdi, ancaq ABŞ-nin zərbələri bunun qarşısını aldı”.

O, İsrailin baş naziri Benyamin Netanyahunu da “müharibə qəhrəmanı” adlandırıb.

Tramp eyni zamanda Rusiya və Ukrayna münaqişəsinə toxunaraq bildirib ki, Vladimir Putin və Volodimir Zelenski arasında müharibəyə son qoymaq üçün görüş planlaşdırılır. O, qan tökülməsinin dayandırılmasının vacibliyini vurğulayıb.