Ölkə

Prezident Rəşad Nəbiyevə yeni VƏZİFƏ VERDİ – SƏRƏNCAM

Prezident Rəşad Nəbiyevə yeni VƏZİFƏ VERDİ – SƏRƏNCAMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

7times.az xəbər verir ki, sərəncamda deyilir:

Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

AZAL-ın Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Rəşad Nəbiyev – nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Müşahidə Şurasının üzvləri

Xalid Əhədov – Birinci vitse-prezidentin köməkçisi

Elnur Əliyev – iqtisadiyyat nazirinin müavini

Rəhman Hümmətov – nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Fikrət Şirinov – Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri.