Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yeni səfir təyin edib.
7times.az xəbər verir ki, bu barədə qərar rəsmi qəzetdə dərc edilib.
Belə ki, hazırkı səfir Erkan Özoral geri çağırılıb. Onun yerinə isə Cahit Bağçı təyin edilib.
Qeyd edək ki, 1964-cü il təvəllüdlü yeni səfir uzun illərdir ki, siyasətlə məşğul olur. 2007, 2011 və 2015-ci illər Çorum bölgəsindən millət vəkili seçilib. Ədalət və İnkişaf Partiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Follow @7timesaz