İqtisadiyyat

GUAM-ın layihəsi üzrə növbəti görüş keçirilib

GUAM-ın layihəsi üzrə növbəti görüş keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Ticarətə və Nəqletməyə Yardım layihəsi üzrə Rəhbəredici Komitəsinin onlayn formatda növbəti görüşü keçirilib.

7times.az xəbər verir ki, tədbirə Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturlarının rəhbərləri və məsul şəxsləri qatılıb.

Görüşdə məqsəd rəqəmsal texnologiyaların tətbiqi vasitəsilə tranzit malların GUAM üzv dövlətlərinin sərhədlərindən keçirilməsinin təkmilləşdirilməsi üzrə layihəni müzakirə etmək olub. Sonra Dövlət Gömrük Komitəsinin gömrük işinin təşkilində informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi ilə bağlı elektron xidmətlərindən bəhs edən təqdimat olub.

Azərbaycan tərəfinın təqdimatında “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”na edilmiş dəyişikliklər, “Nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi” layihəsi, 1 iyun 2020-ci il tarixində fəaliyyətə başlamış “Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək” tvinninq layihəsi və gömrük orqanları sistemində görülən digər işlər öz əksini tapıb.