Xəbər verdiyimiz kimi , Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın telefon danışığı olub.
7times.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, danışıq zamanı əsas müzakirə mövzularından biri də Dağlıq Qarabağ olub. Ərdoğan Dağlıq Qarabağda vəziyyətin daha da sabitləşməsini təmin etmək üçün Rusiyanın atdığı addımları, həmçinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların tədricən icrasını təqdir edib.
Vladimir Putin Ərdoğanı bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə apardığı təmasların nəticələri barədə məlumatlandırıb. Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı işlərin intensivləşdirilməsinin zəruriliyi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Follow @7timesaz