Siyasət

“Ermənilərin iç üzlərini artıq görün” – Fahrettin Altun Ağdamdan UNESCO-ya səsləndi

“Ermənilərin iç üzlərini artıq görün” – Fahrettin Altun Ağdamdan UNESCO-ya səsləndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Burada gördüklərimiz tamamilə vandallıqdır”.

7times.az xəbər verir ki, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun Ağdam şəhərində jurnalistlərə verdiyi açıqlamasında deyib.

“Mən buradan UNESCO-ya səslənərək bildirmək istəyirəm ki, Ağdam şəhəri daxil olmaqla Azərbaycanın işğaldan azad edilən digər ərazilərində olan mədəniyyət abidləri, mədəniyyət tariximiz məhv edilib. Buna göz yumulmamalıdır. Baxın, dünyanın mədəniyyət abidələrini qorumaq məsuliyyəti daşıyan ölkələrdən heç bir səs çıxmayıb. UNESCO artıq ikili standartları kənara qoyub, bu mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini artıq rəsmən görsünlər.

Bu abidələr, əslində, türklüyün və İslamın izlərini tamamən itirmək üçün məhv edilib. Amma bunu bacarmadılar, bacara bilməyəcəklər. Çünki bu torpaqlar türklərin, İslamın torpaqlarıdır”-deyə, Fahrettin Altun bildirib.