Prezident İlham Əliyev Ramiz Həsənovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
7times.az xəbər verir ki, sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Follow @7timesaz