“Co Bayden Türk dünyasının üzün müddət Amerika prezidentləri tərəfindən istifadə edilməsinə qrşı çıxdığı kəlməni dilə gətirdi. Bununla ona qədər olan Amerika prezidentlərinin Türkiyə ilə aralarındakı münasibətlərinin daha da gərginləşməməsi üçün istifadə etməkdən çəkindiyi bir addımı atdı”.
7times.az xəbər verir ki, bu barədə politoloq Əlimusa İbrahimov bildirib.
O qeyd edib ki, bununla Bayden bütün dünya üzrə sayları vur-tut 10 milyon ətrafında fırlanan erməni millətinin tarixinə düşüb:
“Onlar hər il 24 apreldə Baydeni xatırlayacaq və ruhuna dua oxuyacaqlar. Türk milləti də xatırlayacaq Amerikanın 46-cı prezidenti Baydeni. Amma ermənilərdən fərqli olaraq qəzəb və nifrətlə. 160 milyonluq türk milləti Baydenin ruhuna lənət və hiddət bildirəcək hər il. Fərqə baxın 10 milyonluq vəhşi qəbilənin diaspor adlandırılan kiçik bir qrupunun pullu sifarişini yerinə yetirməklə 160 milyonluq bir qüvvə boyda özünə düşmən qazandı Amerikanın yeni prezidenti. Bayden qara hərflərlə yazıldı Türk millətinin tarixinə”.
Politoloqun fikrincə, Rusiya Prezidenti Vladimir Putini “qatil” adlandırdıqdan sonra Co Baydendən ən ağlasığmaz hərəkət gözlənilən olub:
“Baydenin belə ağılasığmaz hərəkətlərə yol vermə ehtimalı barədə xəbərdarlıqlar olunurdu. Bu xəbərdarlıqlar özünü doğrultmaqdadır. Bəlkə də müəyyən müddətdən sonra Baydenin bu çılğınlığı onun qocalığı və ağlını itirməsi ilə əlaqələndiriləcək. Amma Türkiyə-Amerika münasibətlərinə bu kəlmə ilə vurulan ziyanın aradan qaldırıması heç də asan başa gəlməyəcək. Bayden özündən sonra Amerika xalqı və dövləti üçün minaları basdırmağı davam edir. Rusiya, Türkiyə, Çin, İran, Səudiyyə Ərəbistanı, Əfqanistan və sair. Daha hansı ölkə növbədədir görəsən? Bayden 10 milyonluq ermənilərin tarixinə düşdü. Amma öz xalqı qarşısında elədiyi yaxşı əməllərə görə 335 milyonluq bir xalqın tarixinə düşə bilməyəcək. Çünki Bayden 10 milyonluq qəbilə səviyyəsinə endi, özünü Xocalı qatilləri ilə eyni sıraya saldı”. yenisabah.az
Follow @7timesaz