Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.
7times.az xəbər verir ki, döyüşlərin ilk günlərindən itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Ələkbər Əlövsət oğlu Musayevin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.
Şəhidin nəşi Cəlilabad rayonunun Mollalı kəndinə gətiriləcək və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Ə.Musayev iyunun 16-da 1999-cu ildə Cəlilabad rayonunun Mollalı kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərində onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.
Follow @7timesaz