CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 27-də 65,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel çoxdur.
Bu barədə 7times.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 65,68 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur.
Follow @7timesaz