ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
7times.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“ABŞ dövlət katibi ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgədəki xalqların mənafeyi naminə Qarabağ münaqişəsinin davamlı siyasi həllinə nail olmaq üçün səylərinin davam etdirilməsinin vacibliyini qeyd edib”, – məlumatda qeyd olunub.
Tərəflər ikitərəfli münasibətləri də müzakirə ediblər.
Follow @7timesaz