Azərbaycan Xarici İşlər Nazirliyi Safed şəhərinin yaxınlığındakı Meron dağı ərazisində Laq ba-Ömər bayramı zamanı baş vermiş faciə ilə əlaqədar İsrailə başsağlığı verib.
7times.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tvitter hesabında paylaşım edilib.
“Meron dağındakı kütləvi Laq ba-Ömər tədbirindəki faciəvi qəza ilə bağlı xəbər bizi çox kədərləndirdi. Bu dəhşətli hadisədə həlak olanların ailələrinə və İsrail hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına şəfa diləyirik”,- deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, Laq ba-Ömər bayramı zamanı tribunanın aşması nəticəsində azı 44 nəfər həyatını itirib, 100-dən çox insan xəsarət alıb.
Follow @7timesaz