ABŞ-ın Rusiyadakı səfirliyi işçilərə yeni məhdudiyyətlər qoyulduğu üçün göstərilən xidmətlərin siyahısını azaldır.
7times.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliyinin açıqlamasında deyilir.
Açıqlamada səfirliyin mayın 12-dən etibarən yalnız ABŞ vətəndaşları üçün fəaliyyət göstərəcəyi bildirilib. Başqa ölkələrin vətəndaşlarına isə konsulluq xidmətləri göstərilməyəcək.
Rusiya vətəndaşlarına immiqrasiya və diplomatik vizalar və təcili hallarda edilən müraciətləri istisna olmaqla viza verilməsi dayandırılacaq.
Bununla yanaşı, Moskvadakı səfirlik adi notariat xidmətlərin göstərilməsini, xaricdə doğum sənədlərinin verilməsi və pasportların yenilənməsini də dayandıracaq.
Dəyişikliklər Rusiya səlahiyyətlilərinin diplomatik nümayəndəliyin ABŞ vətəndaşı olmayan insanları işə götürməsini qadağan etməsi qərarı ilə bağlıdır.
“Rusiya hökumətinin hərəkətləri ilə işçilərimizin sayını 75% azaltmağa məcbur olduğumuza görə təəssüf edirik”,- deyə səfirliyin açıqlamasında qeyd olunub. qafqazinfo.az
Follow @7timesaz