Türk Şurası Gənclər və idman naziri Azad Rəhimovun vəfatıyla bağlı başsağlığı verib.
7times.az xəbər verir ki, başsağlığı qurumun tvitter hesabında yayımlanıb.
Bildirilir ki, Türk Şurası çərçivəsində gənclər və idman sahəsində əməkdaşlığın inkişafına böyük töhfələr verən Azad Rəhimovun vəfatından dərin kədər hissi keçirir:
“Allahdan ona rəhmət diləyirik. Ailəsinə və Azərbaycan hökumətinə başsağlığı veririk”.
Follow @7timesaz