Aktual

Karantin rejimi yalnız bu halda yüngülləşdirilə bilər – Deputatdan VACİB AÇIQLAMA

Karantin rejimi yalnız bu halda yüngülləşdirilə bilər – Deputatdan VACİB AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün  Avropa ölkələrində pandemiya ilə mübarizə sahəsində yenidən gərginlik yaşanır. Hindistanda isə vəziyyət artıq nəzarətdən çıxıb. Bütün bunlar onu deməyə  əsas verir ki, son dərəcədə  ehtiyatlı olmalıyıq, məlum şərtlərə əməl etməliyik. Tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq, lazımi dezinfeksiya məhlullarından istifadə etməliyik”

Bu sözləri 7times.az saytına açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

“Ən əsası onu demək istəyirəm ki, peyvəndləmə ilə bağlı məsələ bu gün qlobal problemlərdən birinə  çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev də  bu  məsələni ən yüksək beynəlxalq kürsülərdən səsləndirir.

Çindən ölkəmizə 4 milyon dozada vaksin gətirilib. Rusiyadan da vaksinlər alırıq, digər ölkələrdən də. Bu o deməkdir ki, Azərbaycanın bu  sahədə problemi yoxdur. Hər gün təxminən 15 minə qədər insan vaksin olunur”

Millət vəkili əlavə etdi ki, 70 faizə qədər insan vaksin olunduqdan sonra karantin rejimində  yüngülləşmələr ola bilər.

“O ki,qaldı yoluxma faizinin gah artıb, gah da azalmasına, etiraf etməliyik ki, bu daha çox şənbə və  bazar günlərinə təsadüf edir. Həmin günlərdə ictimai nəqliyyatın fəaliyyəti dayanır və nəticədə xəstəxanalarda peyvəndləmə prosesində fasilələr yaranır”

Bu gün insanları düşündürən bir sual var: Karantin rejimi nə vaxt bitəcək və ya ölkəmiz pandemiya ilə mübarizədə nə vaxt qalib gələcək?

Elman Nəsirov bu sualın cavabını özünəməxsus şəkildə cavablandırdı.

“İnanıram ki, iyun ayına qədər ölkəmizdə  bu  bəla ilə mübarizə sahəsində daha ciddi nəticələr əldə olunacaq. Yəni peyvəndləmə prosesi daha geniş əhatəyə malik olacaq. Belə olan halda da sərtləşdirilmədən söhbət gedə bilməz. Çünki bu halda daha çox karantin rejimini yüngülləşdirilməsi labüd ola bilər”.

AYTƏN SAKİTQIZI