“Azərbaycanda indiyədək koronavirusun Böyük Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb”.
7times.az xəbər verir ki, bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, hələ ki, bu mutasiya olunmuş virusun ağırlaşdırıcı olub-olmaması məlum deyil: “Azərbaycanda Hindistan ştammı qeydə alınmayıb. Bu istiqamətdə mütəmadi testlər aparılır. Əgər qeydə alınarsa, dərhal ictimaiyyətə məlumat veriləcək”.
Follow @7timesaz