Cəmiyyət

Əli Həsənovun oğlunu məhkəməyə verdilər – SƏBƏB

Əli Həsənovun oğlunu məhkəməyə verdilər — SƏBƏBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

7times.az-ın xəbərinə görə, ASC əmr icraatı üzrə müqavilə tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İş hakim Leyla Əliyevanın icraatına verilib.

Qeyd edək ki, “Kaspi Global” MMC 2011-ci ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun oğlu Şamxal Həsənlidir.

Xatırladaq ki, “Azərkosmos” ASC Prezident İlham Əliyevin bu il aprelin 27-də imzaladığı Fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Kosmik Agentliyinə çevrilib.