Cəmiyyət

COVID-19 daha çox  bu şəxslər üçün təhlükəlidir – Səhiyyə nazirliyindən AÇIQLAMA

COVID-19 daha çox  bu şəxslər üçün təhlükəlidir – Səhiyyə nazirliyindən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Talassemiya xəstələri zəif immun sisteminə sahib olduqlarına görə COVID-19 onlar üçün həyati təhlükə daşıya bilir”.

Bu sözləri  7times.az saytına açıqlamasında  Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim hematoloqu Şəhla Şabanova bildirdi.

Onun sözlərinə görə talassemiya xəstələrinin sağlam insanlara nisbətən immun sistemləri daha zədəli olduğu üçün COVID-19 pandemiyası dövründə mümkün qədər özlərini təcrid etməlidirlər.Bundan başqa belə xəstələrin  vaksinasiyadan keçmələri  məsləhətdir.

“Hazırda mövcud COVID-19 pandemiya dövründə davamlı qan ehtiyacı olan talassemiya xəstələri üçün dövlət proqramı çərçivəsində qan köçürmənin periferik rayonlarda təşkili təmin olunur. Pandemiya dövrü ilə əlaqədar qan bağışlama – qan donorluğu üçün müraciət nisbətən azalır, lakin talassemiya xəstələri üçün qan davamlı tələbat olduğuna görə qan bağışlamaq həyat qurtarır devizi ilə tez-tez aksiyalar təşkil edilir”

O ki, qaldı yeni ailə həyatı quracaq gənclərin talassemiya xəstəliyinin idarə olunması üçün nələrə diqqət etmələrinə Səhiyyə nazirliyinin nümayəndəsi  bildirdi ki, ölkəmiz talassemiya xəstəliyi üçün endemik zona olduğu üçün 2015-ci ildən nigaha daxil olan şəxslərin talassemiya daşıyıcılığına görə skrininq müayinələri aparılır.

“Analizlər nəticəsində aşkarlanan talassemiya daşıyıcılığı nigah öncəsi hər 2 fərdə gözlənilən xəstəliyin qarşısını almaqda köməklik edir. Gələcəkdə xəstəlik olmasın deyə 2 daşıyıcının evlənməsinin qarşısını alır və ya planlı hamiləliklə talassemiya xəstəsi övladın doğulmasına əngəl olur”

Qeyd edək ki, bu  gün- 8 May Beynəlxalq Talassemiya Günüdür.Azərbaycanda və eləcə də dünyada irsi hemolitik anemiya qrupuna daxil olan və  hələ də ciddi problem olaraq qalan talassemiya hemoqlobinin sintezindəki dəyişiklik nəticəsində meydana çıxan ata və ya ana xətti ilə övlada ötürülən genetik qan xəstəliyidir. Qeyd edək ki, hazırda ölkəmizdə  4116 nəfər talassemiya xəstəsi qeydiyyatdadır.

 AYTƏN SAKİTQIZI