Siyasət

Ombudsmandan Dmanisidəki hadisə ilə bağlı – Çağırış

Ombudsmandan Dmanisidəki hadisə ilə bağlı – Çağırışbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gürcüstanın Dmanisi rayonunda azərbaycanlı sahibkara məxsus mağazanın qarşısında həmin şəxsə, eləcə də, digər azərbaycanlı gənclərə hücum edilməsi nəticəsində baş vermiş kütləvi dava ilə bağlı Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya müraciət edib.

7times.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Azərbaycan Ombudsmanı hadisəni etnik qruplar arasında münaqişəyə çevirmək cəhdlərinin təəssüf və narahatlıq doğurduğunu bildirib.

Azərbaycan və Gürcüstanın strateji tərəfdaş olduğunu qeyd edən Ombudsman müvafiq orqanlar tərəfindən məsələnin araşdırılması üçün zəruri tədbirlər görüləcəyinə inamını ifadə edib.

Ombudsman Səbinə Əliyeva vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün gürcüstanlı həmkarını bu məsələni nəzarətdə saxlamağa çağırıb.