Siyasət

Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı

Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev ilə telefon danışığı baş tutub.

7times.az xəbər verir ki, tərəflər Azərbaycanın Türk Şurası ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın qarşıdan gələn görüş və tədbirləri üzrə fikir mübadiləsi aparıblar.

Türk Şurasına üzv ölkələrin bu ilin payızında keçiriləcək Zirvə görüşünə hazırlıq məqsədilə keçiriləcək görüşlər, o cümlədən yüksək səviyyəli mümayəndələr komitəsinin toplantısı və xarici işlər nazirlərinin görüşü müzakirə olunub.

Tərəflər, həmçinin təşkilatın gələcək inkişafı məsələləri ətrafında müzakirələr aparıblar.