Belarus və Azərbaycan prezidentləri Aleksandr Lukaşenko ilə İlham Əliyev arasında telefon danışığı olub.
7times.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, prezidentlər aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.
“Belarus və Azərbaycan prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyev arasında 22 may tarixində telefon danışığı oldu. Dövlət başçıları hər iki ölkədəki vəziyyəti müzakirə etdilər, aktual mövzular ətrafında fikir mübadiləsi apardılar”,- deyə rəsmi məlumatda qeyd olunub.
Follow @7timesaz