Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Tahir Salahovun dəfn mərasiminə əklil göndərib.
7times.az xəbər verir ki, əklil mərhumun I Fəxri xiyabanda məzarı üzərinə qoyulub.
Qeyd edək ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.
Follow @7timesaz