Siyasət

Hikmət Hacıyev avropalı səfirlərlə görüşdü – Fotolar

Hikmət Hacıyev avropalı səfirlərlə görüşdü – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına (Aİ) üzv ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.

7times.az xəbər verir ki, görüşün fotolarını Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq tvitter hesabında paylaşıb.

Görüş Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın dəvəti ilə gerçəkləşib.

Görüşdə Azərbaycanla Aİ arasında regional sülh perspektivləri və əməkdaşlıq sahələri müzakirə olunub.