Siyasət

Azərbaycan XİN rəhbəri Lassina Zerbo ilə görüşdü – FOTO

Azərbaycan XİN rəhbəri Lassina Zerbo ilə görüşdü – Fotobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov və Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Lassina Zerbo arasında görüş baş tutub.

7times.az xəbər verir ki, görüşdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi  Təşkilatı ilə Azərbaycan arasındakı mövcud ümumi əməkdaşlığın səviyyəsindən razılıq bildirilərək, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin görüşdə nazir 44 günlük Vətən müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verərək, Ermənistan tərəfindən müharibə zamanı heç bir fərq qoyulmadan istifadə edilən və proporsional olmayan müharibə metodlarına həmsöhbətinin diqqətini çəkib.

Ermənistan tərəfindən mülki obyektlərə raket hücumlarının həyata keçirildiyini qeyd edərək, nazir bu xüsusda fiziki sübutlarımızın mövcudluğuna istinad edib və aidiyyəti mexanizmlər ilə əməkdaşlıq imkanlarından faydalandığımızı bildirib.