Siyasət

Erməni cinayətkarların məhkəməsi oldu

Erməni cinayətkarların məhkəməsi oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Ermənistan vətəndaşları – 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

7times.az xəbər verir ki, proses Yasamal rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Cinayət işi üzrə prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işi üzrə zərərçəkmiş, zərərçəkmişlərin hüquqi vairsilərinin kimliyi müəyyən edilib.

Prosesdə çıxış edən təqsirləndirilən Xosrovyan Alyoşa Aramaisoviç bildirib ki, ömründə iki dəfə Qarabağda olub. Onun sözlərinə görə, ilk dəfə 1993-cü ildə, sonuncu dəfə isə 2020-ci ildə Qarabağa gəlib. O deyib ki, önüründə həbsxana həyatı yaşamayıb, ilk dəfədir ki, həbsə düşüb. Xosrovyan Alyoşa Aramaisoviç özünü günahkar saymadığı deyib.

Daha sonra iclasda çıxış edən dövlət ittihamçısı deyib ki, baş verən cinayət hadisələrindən 30 ildən çox müddət keçsə də, iş müharibə cinayətlərinə aid olduğu üçün işə xitam verilməsinə əsas yoxdur. Prokuror işin məhkəməyə verilməsini təklif edib. Tərəflər buna etiraz etməyib.

Məhkəmə iclas zalında iştirak edən Ombudsman Səbinə Əliyeva hakimlər müşavirədə olan zaman təqsirləndirilən şəxslərlə görüşüb, onların səhhəti ilə maraqlanıb.

Daha sonra müşavirədən qayıdan hakim heyəti məhkəmə baxışının iyunun 9-na təyin edib.