Cəmiyyət

Bankla məşğulluq idarəsi arasında qalan vətəndaşlar – VİDEO

İşsizlər üçün dövlət tərəfindən ayrılan birdəfəlik yardımı almaq üçün bankdan plastik kart götürən vətəndaşlar həmin kartların ya saxta çıxmasından, ya da ödənişlərin köçürülməməsindən narazılıq edirlər.

Bankla məşğulluq idarəsi arasında qalan vətəndaşlar – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşsizlər üçün dövlət tərəfindən ayrılan birdəfəlik yardımı almaq üçün bankdan plastik kart götürən vətəndaşlar həmin kartların ya saxta çıxmasından, ya da ödənişlərin köçürülməməsindən narazılıq edirlər.

“İlk ayda poçtdan aldım 190 manatı. Növbəti ay bankdan plastik kart verdilər. Amma bir müddət sonra bildiriş gəldi ki, bəs o kart yanlışdır. Yeni kart üçün banka yaxınlaşın. Getdim, yeni kart aldım. Amma 20 gün keçməsinə baxmayaraq, o karta pul köçürülmür”.

7Times.Az-ın şimal bölgə müxbirinin verdiyi məlumata görə, Əhmədov Telman məsələ ilə əlaqədar banka müraciət edib. Kapital Bankdan ona bildiriblər ki, problem bankla əlaqədar deyil və məşğulluq idarəsinə müraciət edin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq idarəsində isə ona problemin bankla əlaqədar olduğu bildirilib.

“Banka gedirəm göndərirlər məşğulluq idarəsinə. Məşğulluq idarəsindən isə deyirlər – gedin banka. Bu, bizim problem deyil.

Qeyd edək ki, mövcud problemlə qarşılaşan tək Telman Əhmədov deyil. Onlarla rayon sakini qeyd olunan məsələ ilə bağlı müvafiq dövlət strukturlarına müraciət edib.