Siyasət

Avropa İttifaqından 15 erməninin təhvil verilməsinə – Reaksiya

Avropa İttifaqından 15 erməninin təhvil verilməsinə – Reaksiyabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı saxlanılan 15 erməninin Gürcüstanın da vasitəçiliyi ilə Azərbaycan tərəfindən azad olunmasını və minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən təqdim edilməsini alqışlayır”.

7times.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin açıqlamasında bildirilib.

Onun sözlərinə görə, bunlar Bakı və Yerevan tərəfindən mühüm humanitar addımlar və etimad yaradan jestlərdir:

“Aİ ümid edir ki, bu addımlar tərəflər arasında gələcək əməkdaşlığa və daha çox mülki insanlar arasında itkilərin qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrinin verilməsinə yol açacaq.

Avropa İttifaqı və digər beynəlxalq iştirakçılar bu istiqamətdə atılan addımları fəal şəkildə təşviq edir və bu məsələdə iştirak edən ölkələr arasında daha sıx əməkdaşlığa çağırırıq”.

Aİ-nin nümayəndəsi bildirib ki, Avropa İttifaqı sabitləşmə, münaqişədən sonrakı bərpa işləri və etimadın artırılması tədbirlərini dəstəkləyərək, münaqişənin davamlı və hərtərəfli həllini təşviq etməyə davam edəcək. Qafqazinfo.az