Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
7times.az xəbər verir ki, M.Əliyevanın instaqram paylaşımında deyilir:
“Əziz həmvətənlər!
Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə həmişə sülh, əmin-amanlıq, sabitlik, birlik və rifah hökm sürsün! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!”
Follow @7timesaz