Siyasət

Bu ölkədən Azərbaycana təşəkkür, Ermənistan isə tənqid – SƏBƏB

Bu ölkədən Azərbaycana təşəkkür,  Ermənistan isə tənqid – SƏBƏBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan KİV-də Azərbaycanın BMT Baş Assambleyasında  səsvermə zamanı Gürcüstanın mövqeyini dəstəkləməsi təqdir edilib, Ermənistanın bundan boyun qaçırması tənqid olunub.

7times.az xəbər verir ki, Gürcüstanın bir sıra xəbər saytlarında bununla bağlı məqalələr dərc edilib.

“Newsday.ge” saytında dərc edilən məqalədə qeyd olunub ki, Gürcüstanın qonşuları Azərbaycan və Türkiyə Abxaziya və Samaçablodan olan qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin edilməsi ilə bağlı BMT BA-nın qətnaməsinin lehinə səs verərək, bir daha Gürcüstanı dəstəkləyib. Lakin Ermənistan bundan boyun qaçıraraq səsvermədə iştirak etməyib.

“Qonşu Azərbaycan və Türkiyənin Abxaziya və Samaçablodan qovulan gürcülərin hüquqlarına bərpa olunmasını təmin etmək üçün qlobal çağırışa qoşularaq, Gürcüstanı dəstəkləmələri diqqət çəkir. Rusiyanın mövqeyi ilə bağlı da hər şey aydındır. Lakin  Ermənistan laqeydcəsinə hərəkət etdi və səsvermədə iştirak etmədi. İkitərəfli təmaslar zamanı dostluğu təmin edən ölkəmizin yaxın qonşusunun Gürcüstanda məcburi köçkünlərin vəziyyəti barədə zəif məlumatlandığını təsəvvür etmək çətindir. Amma rəsmi İrəvan bu mövzuda dəqiq mövqe bildirməkdən çəkindi”, – deyə məqalədə qeyd olunub.

Qeyd edək ki, sentyabrın 3-də BMT BA-da  Gürcüstanın Abxaziya və Tsxinvali bölgəsi / Cənubi Osetiyadan olan qaçqın və məcburi köçkünlərin statusu” başlıqlı qətnamə qəbul edilib. 84 ölkənin dəstəklədiyi sənədə yalnız 13 ölkə qarşı çıxıb. Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanın mövqeyini dəstəkləyən ölkələrə təşəkkürünü bildirib. APA