Siyasət

Efiopiyanın dövlət başçısı İlham Əliyevə təbrik etdi

Efiopiyanın dövlət başçısı İlham Əliyevə təbrik etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Sahle-Vork Zevdedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

7times.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq qarşıdakı illərdə ortaq maraq kəsb edən bütün sahələrdə daha da dərinləşəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram”.