Manşet

Bakıda güclü yanğın söndürüldü – YENİLƏNİB

Bakıda güclü yanğın söndürüldü – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyata keçirilən operativ tədbirlər nəticəsində qısa zamanda yanğının ətrafa yayılmasının qarşısı alınıb və yanğın məhdudlaşdırılıb.

Bu barədə 7times.az-a FHN-dən bildirilib.

18:45

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən 7times.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Müki Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb olunub.

Həyata keçirilən operativ tədbirlər nəticəsində qısa zamanda yanğının ətrafa yayılmasının qarşısı alınıb və yanğın məhdudlaşdırılıb.

***

17:41
Bakıda ağaclıq ərazidə yanğın olub.

Bu barədə 7times.aza Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.