Ölkə

Elə oğullar – belə analar:“Polisə zəng etdim ki,evdədir,gəlin tutun…”– Narkomanın anasından ŞOK AÇIQLAMA – VİDEO

Elə oğullar – belə analar:“Polisə zəng etdim ki,evdədir,gəlin tutun…”- Narkomanın anasından ŞOK AÇIQLAMA – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayon sakini Aygün Məmmədova (ad,soyad şərti)narkotikə qurşanmış 40 yaşlı oğlunun müalicə edilməsini və bu bəladan xilas olmasını istəyir.Əvvəl spirtli içki alüdəçisi olan oğlunun sonradan narkotik və psixotrop maddələrin istifadəçisinə çevrilməsi bütün ailəni bədbəxt edib.Ağır sosial durumda olan ailə bir neçə dəfə onu müalicə etdirsədə bunun heç bir nəticəsi olmuyub.Bir müddət bundan əvvəl isə onun narkotikə olan alüdəçiliyi ailəsinin  dağılmasına səbəb olub.

Hazırda 1 həftəlik inzibati həbsdə olan həmin şəxs dəfələrlə polis tərəfindən saxlanılsada barəsində həbs qətimkan tədbiri seçilmiyib. Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz st. Xətt Polis Şöbəsindən “7Times.az”-a verilən məlumata görə sözügedən şəxs barəsində cinayət işi açılıb və araşdırmalar aparılır.

“7Times.az”-a müraciət edən Aygün Məmmədova oğlunun bu bəladan xilas edilməsi üçün ona yardım edə biləcək hər kəsdən kömək istəyir.

“7Times.az” həmin videomüsahibəni təqdim edir:

Qeyd:Ailənin təhlükəsizliyi üçün videomüsahibədə qadının görüntüsü və səsi montaj effektləri vasitəsi ilə məhdudlaşdırılıb.