Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının nəzdində daha bir işçi qrupu yaradıb.
7Times.az xəbər verir ki, işçi qrupuna Ermənistan Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı, Milli Təhlükəsizlik Xidməti, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi və Kadastr Komitəsinin nümayəndələri daxildir.
Qrupun işinin koordinasiyası Ermənistan Milli Təhlükəsizlik Xidmətinin departament direktoru David Sanamyana həvalə edilib.
Bundan əvvəl Baş nazir Nikol Paşinyanın qərarı ilə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyası nəzdində işçi qrupu yaradılıb.
9 nəfərdən ibarət həmin işçi qrupuna Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan rəhbərlik edəcək.
Follow @7timesaz