Ölkə

Şəmsəddin Xanbabayevin 85 illik yubileyi keçirildi – FOTOLAR

Şəmsəddin Xanbabayevin 85 illik yubileyi keçirildi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Aprelin 3-də Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatında YAP Veteranlar Şurasının üzvü, uzun müddət Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Şəmsəddin Xanbabayevin 85 illik yubileyi və partiya veteranı Abasyar Heydərovun 75 illik yubileyi münasibətilə görüş keçirilib.
“7Times.az” xəbər verir ki,YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və tədbir iştirakçıları hər iki yubilyarı doğum günü münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, uğurlar arzulayıblar.
Sonda yubilyarlara gül dəstəsi və qiymətli hədiyyələr təqdim edilib.
Sevinc
7Times.az