Fransalı məşhur aktyor Jerar Depardye Parisdə dindirilmək üçün polis bölməsinə çağırılıb.
7Times.az xəbər verir ki, bu barədə məlumatı “BFMTV” telekanalı yayıb.
Bildirilir ki, aktyor cinsi zorakılıqla bağlı ittiham olunduğu iş üzrə dindirilir.
Xatırladaq ki, fevral ayında J.Depardye barəsində cinsi zorakılıqla bağlı yeni şikayət edilib. Bu zaman, soyadı açıqlanmayan Ameli adlı quruluşçu-rəssam “Les volets verts” filminin çəkilişləri zamanı aktyorun onun ünvanına nalayiq ifadələr işlətdiyini, eləcə də bədəninin müxtəlif hissələrinə kobudluqla toxunduğunu iddia edib. (qafqazinfo)