Separataçı qondarma rejimin son qalığı Araik Arutunyan mərkəzi meydanda əhaliyə müraciət edib.
Arutunyanın bu müraciətinin nəyə hesablandığını KONKRET.az-a şərh edən Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli maraqlı detallara toxunub:
1. Xankəndidə Koçaryan tərəfdarları İrəvanı itirdiklərinin heyfini burada almağa çalışırlar.
2. Arayik qarşı cəbhəni açıq şəkildə danışmaqla ifşa edəcək.
3. Mitinqdə açığı azərbaycanlıların iştirakını istisna etmirəm.
4. Mitinqdə yaxşı olardı ki, (ola bilər) bir neçə erməni əsilli vətəndaşımız Azərbaycana çağırışlar etsin.
5. Bu mitinq göstərir ki, artıq Paşinyanı seçən ermənilərlə revanşistləri bir-birindən ayırmalıyıq. Araikin bu gün Azərbaycan vətəndaşı kimi oynayacağı rol revanşistləri cəhənnəmə göndərməyimizə bəs edə bilər.
Əlibəyli əlavə edib ki, bu gün Arutunyanın taleyi həll olunur: “Xankəndidə keçirilən mitinq bir sıra mesajlar verir. Birinci növbədə oradakı iştirakçıların kimliyi məsələsi ortaya çıxır. Gözləniləndir ki, artıq Ermənistanın onlara edə biləcəyi kömək əldən çıxıb. Çünki Rusiya qarşı cəbhənin yanında yer alıb. Ona görə də, ermənilərin siyasətində çoxçeşidlilik belə həssas məqamlarda göz önünə gəlir. Çox yaxın məsafədə, Şuşada azərbaycanlıların yerləşməsi və nəhayət Xankəndidə yaşayan ermənilərin bizim vətəndaşlarımız olması, azərbaycanlıların da bu mitinqdə iştirakı anlamına gəlir. Təbii ki, bizim bölgədir və orada xüsusi təyinatlı şəxslərin iştirakı da istisna deyil. Ermənilər arasında müəyyən şəxslərin həqiqətən də bu oyunlardan bezərək Azərbaycana çağırış etmələri mümkündür. Biz bunu gözləyirik və yəqin ki, bir neçə müddətdən sonra nələrinsə şahidi olacağıq”.
Follow @7timesaz